Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
15 Noyabr , 2017

18 oktyabr 2017-ci il tarixdə MKS-nin Nakam adına mərkəzi kitabxanasında  Azərbaycan  Respublikasının Dövlət müstəqilliyi günü ilə əlaqədar  “Müstəqilliyimizin 26-cı ili” adlı mühazirə keçirildi. Tədbiri kitabxananın əməkdaşı D.Yaqubova açdı. O, tədbir iştirakçılarını salamlayaraq onlara 18 oktyabrın yaranması ilə bağlı qısa məlumat verdi. Sonra  əlamətdar günlə bağlı geniş məruzə etmək üçün sözü MKS-nin direktor müavini R.Əhmədovaya verdi. O öz çıxışında qeyd etdi ki, “Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  Gərək sınaqlara hazır olasan, hər  bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi  ki,  Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili  çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.  1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti  cəmi  23 ay yaşadı.  İkinci  tarixi  imkan bir  də  70  il  sonra  yarandı.  Sovet imperiyasının  dağılması  Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi”.

Sonda “Müstəqillik yollarında” adlı sərgiyə baxış oldu