Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
15 Noyabr , 2017

Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Nakam adına mərkəzi kitabxanada 24 oktyabr 2017-ci il tarixdə “Həsən Əliev-110” adlı elmi-nəzəri konfrans keçirildi.

Konfransda müxtəlif yaş kateqoriyasından olan şəxslər iştirak edirdi. Tədbir iştirakçılarını kitabxananın əməkdaşı D.Yaqubova salamlayaraq Həsən Əliyevin 110 illiyi ilə bağlı verilmiş sərəncam haqqında tədbir iştirakçılarına məlumat verdi. Və həmin sərəncamla iştirakçıları tanış etdi.

Sonra söz MKS-nin direktoru S.Vahabova söz verildi. S.Vahabov Həsən Əliyev haqqında geniş məlumat verərək onun kitabxanada olan “Həyəcan təbili” adlı kitabı haqqında danışdı. Çıxışında qeyd etdi ki, "Həyəcan təbili" əsəri  təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. O cümlədən də qeyd etdi ki, təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi.

Sonda tədbir iştirakçılarının müzakirəli sualları cavablandırıldı.