Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
15 Noyabr , 2017

Şəki Azərbaycanın qədim sənətkarlıq, mədəniyyət, ədəbiyyat beşiyi olub. Bu gün də həmin ənənə qalmaqdadır.İstedadlarla zəngin olan şəhərimizin növbəti nümayəndəsi həmyerli şairə və bədii qirayət ustası Azərbaycanın yaradıcı insanlarını Türkiyə dərgilərində təmsil edən Gülnarə Əsgərzadənin “Sonbahar yarpaqları” adlı yaradıcılıq gecəsi keçirildi.

Tədbir 26 oktyabr 2017-ci il tarixdə İ.S.Nakam adına kitabxananın təşkilatçılığı ilə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində baş tutdu.

Tədbir ilk öncə Gülnarə xanıma türk yazarı Nureddin Gencin həsr etdiyi “Gülnarə” şeirinin videoçarxı ilə başladı. Ondan sonra şairə xanım səhnəyə “Sonbahar yarpaqları” adlı şeirinin ifası ilə çıxdı. Sonra tədbir iştirakçılarını salamlayaraq onlara öz dərin təşəkkürlərini bildirdi.

Tədbir musiqili və poetik ahənglə davam etdi. Çıxış üçün şair, pedaqoq Şahid Məmmədkərimov səhnəyə dəvət aldı. Şahid Məmmədkərimov çıxışında Gülnarə xanımın fəaliyyətindən söhbət açaraq ona yaradıcılıq uğurları arzuladı. Sonra digər bir çıxış Şəki şəhər 6 saylı uşaq bağçasının müdirəsi poeziyasevər, hətta şairə Mətanət Rəhimova şairəyə uğurlar diləyərək öz şeiri ilə onu təbrik etdi.

Musiqilər Sərdar Yunusov, Vüqar Hüseynov, Zabil Məmmədov, Elbrus İdrisoğlu, Allahverdi İsgəndərli, Oktay Abdurahmanlının ifasında və Səxavət müəllimin rəhbərlik etdiyi ansamblın müşaiyəti altında xoş ovqat bəxş etdi. Şairənin 5 şeiri “Deyirsən yaşa” (D.Yaqubova), “Səni bu ürəkdə görməyəcəksən”(Arzu Fikrətqızı), Üreyimin yangın yeri nerdesin”(Havva Qurbanqızı) “Nəyimə gərəksən” (Şəfəq Xəlilova), “Sözüm qalacaq” (Günel Novruzəliyeva) tədbir boyunca ifa olundu. Şeirləri kamançada  Nurəddin Həmidov müşayət etdi.

Şairənin iki kitabdan qəzetlərdə və jurnallarda dərc olunmuş şeirlərindən, nailiyyət və uğurlarına verilmiş diplomlardan ibarət sərgisi də şəhər iştimaiyyətinə təqdim olundu.

 

Dilbər Yaqubova: Xidmət və abonement şöbəsində abonement bölməsinin müdiri