Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
11 Dekabr , 2017

2 dekabr 2017-ci il tarixdə saat 1400-da İ.S.Nakam adına mərkəzi kitabxanada “Ən son nə oxudun” adlı diskusiya keçirildi. Tədbirə ekspert kimi 21 saylı orta məktəbin tarix müəllimi, parapsixoloq , kitabxanamızın fəal oxucusu və nəhayət ən çox mütaliyə edən şəxs olaraq Tərlan İsgəndərov (Türksoy) dəvət olunmuşdu. İlk olaraq tədbiri giriş sözü ilə abonement bölməsinin müdiri D. Yaqubova  başladı. O, oxucularda kitaba olan marağın artırılması üçün kitabxanada keçirilən tədbirlərin xüsusilə əsər müzakirələrin böyük rolu olduğundan danışdı. Sonra sözü Tərlan müəllimə verdi. Tərlan müəllim tədbir iştirakçıları ilə tanışlıqdan başladı. Onların ən son oxuduğu kitabı müzakirə edərək hansı janra daha üstünlük verdiyini öyrəndi  və hər kəsə ayrı-ayrılıqda müəyyən tövsiyyələr verdi.

Maraqlısı o idi ki, tədbir iştirakçıları ən son oxuduqları kitabla bərabər gəlmişdilər.

Müzakirəyə  qoymaq üçün müxtəlif əsərlər təklif edildi. Lakin yekdilliklə növbəti tədbirə fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında "Qərbin vicdanı" adlandırılmış Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Albert Kamunün “Taun” əsəri qoyuldu.

Sonda hər kəsin ən son oxuduğu kitabla bərabər xatirə şəkli çəkildi
Foto Qalereya