Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
11 Dekabr , 2017

9 dekabr 2017-ci il tarixdə İ.S.Nakam adına mərkəzi kitabxanada Əlcəzairdə doğulub Fransada yaşayan Albert Kamunun “Taun” əsərinin müzakirəsi oldu.

Tədbirdə 20 nəfər iştirak edirdi. Hər kəs əsər haqqında öz fikirlərini bildirdi.

Əsərdə bir şəhərə yayılmış bəladan söhbət gedir və bu zaman insanların xarakterləri ifşa olunur. Xəstəlik bütün şəhəri bürüyür yolxucu olduğundan şəhər darvazaları bağlanır ki, əhali başqa şəhərlərə gedib oranı çirkaba batırmasın. Hər oxucu bir mövqedən  yanaşmaqla  əsərin müzakirəsi və ümumiyyətlə Albert Kamu yaradıcılığında ekzistensialist fəlsəfə müzakirə olundu. Oxucuların maariflənməsi və Albert Kamünün digər əsərləri haqqında geniş məlumat verən ekspertimiz Tərlan İsgəndərovun xüsusi rolu oldu. Növbəti həftəyə  Brazilya yazıçısı Paulo Koelyonun əsərlərində cərəyan edən hadisələrdən bəhs etmək oxucuların ümumi rəyi oldu.

Ümumin rəyini nəzərə alıb Paulo Koelyonun əsərlərini müzakirəyə qoyduq
Foto Qalereya