Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
11 Dekabr , 2017

11 dekabr 2017-ci il tarixdə İ.S.Nakam adına mərkəzi kitabxanada Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə müxtəlif oxucu kontingenti iştirak edirdi. Kitabxanamızın əməkdaşı D.Yaqubova tədbirin proqramı ilə iştirakçıları tanış edərək çıxış üçün sözü YAP-ın baş məsləhətçisi Kamil Məmmədova  verdi. Kamil müəllim  H.Əliyev haqqında maraqlı çıxışlar etdi.

Sonra sözü H.Əliyev adına muzeyin direktoru Xuraman xanıma verdi. Xuraman xanım “H.Əliyev və Azərbaycan” mövzusunda danışdı.

Sonra Şəki Fizika-Riyaziyyat təmayülü liseyin şagirdi Soltanov İsmayıl “H.Əliyev və gənclik” mövzusunda çıxış etdi.

H.Əliyevin həyatında dəqiqələr mövzulu videoçarxa tamaşa oldu.

Kitabxananın oxucuları Günel Novruzəliyeva, Lamiyə Rəhimli, Şəbnəm Nəsirli, və Sadəddin İbrahimli ifasında şeirlər dinlənildi.

Sonda Lamiyə Rəhimlinin ifasında hər bir azərbaycanlının müqəddəs atributu olan “Bayraq” şeiri səsləndi . Şeiri Regional kollecin tələbəsi Lamiyə Rəhimli səsləndirdi.

 

Foto Qalereya