Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
19 Dekabr , 2017

15 dekabr 2017-ci il tarixdə İ.S.Nakam adına mərkəzi kitabxanada Brazilya yazıçısı Paulo Koelyonun “Kimyagər” əsərinin müzakirəsi keçirildi. Müzakirədə əsasən gənc və yeniyetmə oxucular iştirak edirdi. Ekspert Tərlan İsgəndərov Paulo Koelyonun keçdiyi çətin həyatı haqda və onun yazdığı 35 əsər haqqında və bu əsərlərin  janrı haqqında məlumat verdi.

Sonra əsəri oxuyan oxucular öz fikirlərini səsləndirdi. Müxtəlif mövqedən yanaşmalar oldu. Əsərin motivləri belədir ki, səyahəti xoşlayan gənc bir oğlan əlində olan pulla qoyun alır və onları otarmaq üçün səyahətlər edir və səyahət zamanı da kitablar oxuyur. Bir gün o yuxuda görür ki, bir qadın ona deyir ki, uzaq Misir Piramidalarında xəzinə var və o xəzinəni sən tapacaqsan.Səyahətə çıxan gənc San-Tiyaqonun başına bir çox hadisələr gəlir, lakin o bu yoldan vaz keçmir.Misirə isə çatanda ona deyirlər ki, uzaq bir məmləkətdə kilsənin həyətində xəzinə var. Sən demə bu xəzinə San-Tiyaqonun yaşadığı həmin o kilsədə idi.

Əsəri oxumaq daha maraqlı olar nəinki danışmaq deyərək əsəri oxumayanlara digər tövsiyələri də abonement bölməsinin müdiri D.Yaqubova verdi.

Foto Qalereya