Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
20 Dekabr , 2017

MKS -nin   Uşaq  şöbəsində  6 noyabr   2017 – ci il   tarixdə    Dövlət   Bayrağı  Günü    münasibətilə  “Bayraq- Vətən,  millət  və  dil”  adlı  ədəbi- bədii  kompozisiya  keçirildi.

   Tədbiri  giriş  sözü  ilə   Könül  Kərimova  açdı, və  əlamətdar günün  əhəmiyyətindən  danışdı.  O,  qeyd  etdi  ki,  1918- 1920-ci illərdə  Azərbaycan  xalq  Cümhuriyyətinin  rəmzi  olmuş  üçrəngli  bayrağımız  70-il   sonra,   1990-cı il  noyabr  ayının  17-də   Ulu    Öndər  Heydər  Əliyevin   təşəbbüsü  ilə    Naxçıvan Muxtar Respublikası  Ali  Məclisində   qaldırılıb.1991- ci il  fevralın 5-də  isə   Azərbaycan  Respublikasının  rəsmi   Dövlət  Bayrağı   elan  edilib. Prezident  İlham  Əliyevin  2009- cu il  noyabrın 17-də   imzaladığı  sərəncama  əsasən,  noyabrın    9-u  ölkəmizdə  Dövlət  Bayrağı  Günü  kimi    qeyd  olunur.   Tədbir 1 saylı  tam  orta  məktəbin  şagirdlərinin  hazırladıqları  ədəbi bədii  kompozisiya  ilə  davam  etdi.

 

 

Foto Qalereya