Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
7 Aprel , 2018

7 aprel 2018-ci il tarixdə saat 1400-da Nakam adına kitabxanada "Oxudumuz əsərlərdə sevdiyimiz və bənzədiyimiz surətlər"adlı müzakirə baş tutdu. Tədbirdə iştirakçılar oxuduqları kitablardan və sevdikləri obrazlardan danışdılar. Adı çəkilən obrazlar C.Məmmədquluzadədə Kefli İsgəndər, ilyas Əfəndiyevdə Səriyyə, Dostoyevskidə Roskolnikov, Nizamidə Nüşabə, Kamyuda Melsi, Qriqor Petrovda müəllim obrazları vəs. ideal və sevilən obrazlardan söhbət açıldı. Bədii obrazlardan tutmuş həyat obrazlarınadək müzakirə edildi. Müzakirədə aktivlik göstərən iştirakçılar Araz Səməd, Rasim İsaqov, Şəbnəm Kərimli , Rəşad Paşayev, Elşad Məmmədli, Gülarə Məmmədova , Səadət Məmmədova və digərləri Tərlan İsgəndərov tərəfindən xüsusi diqqətə layiq görüldü. Gələn dəfə üçün gənc və həmyerli yazar , klubumuzun daimi üzvü Rəşad Paşayevin yeni işıq üzü görmüş "Traum" kitabının müzakirəsi nəzərdə tutuldu .

Foto Qalereya