Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
16 Aprel , 2018

Sosial şəbəkələrdə azyaşlı oxucuların informasiya tələbatının ödənilməsi və onların mütaliəsinə düzgün rəhbərlik etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Kitabsevər uşaqlar” layihəsi həyata keçirilir.

               Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 01 fevral 2016-cı il tarixli 22 nömrəli əmri ilə Uşaq ədəbiyyatının təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Kitabsevər Uşaqlar"  səhifəsinin rəsmi YouTube kanalı və Facebook səhifəsi 2016-cı il tarixdən fəaliyyətə başlamışdır.

                "Kitabsevər Uşaqlar” YouTube kanalı səhifəsinin  5401 abunəçisi var.Bu müddət ərzində paylaşılan videoların 1 499 626  izləyicisi olmuşdur. Paylaşılan videoları 12 173 dən çox bəyəni almış, 1704 rəy yazılmışdır. Paylaşılan videolar Azərbaycan və dünyanın 32 ölkəsindən izlənilir və bəyənilir.(Rusiya, Türkiyə,ABŞ,Gürcüstan , Almaniya, Kazaxıstan,Ukrayna,Fransa, Yaponiya ,Avstriya, Braziliya, Böyük Britaniya, Bolqarıstan,Kanada, Hindistan, Küveyt, İsveç, Belarusiya, Kipr, Əlcəzair, Estoniya,İspaniya, İsrail, İraq, Marokko, Səudiyyə Ərəbistanı, Tailand, Çili, Çexiya, Ekvador, İtaliya, Koreya Respublikası)

"Kitabsevər Uşaqlar” YouTube kanalında 888 video paylaşılmışdır.YouTube kanalında 6 pleylist yaradılmışdır: Cizgi filmləri, Maraqlı nağıllar,Uşaq nağılları,Öyrədən kitablar, Tapmacalar və Kitabsevər uşaqlar.

Mart ayında “Kitabsevər uşaqlar” səhifəsində “Nağıllara səyahət” adlı müsabiqə keçirilmişdir. MüsabiqədəŞəki şəhərinin 10 saylı orta məktəbin III sinif şagirdi  Kənan Rzayev və 5 saylı orta məktəbin VII sinif şagirdi İlkin Rzayev  I yeri qazanaraq YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsi tərəfindən I dərəcəli Diplomla mükafatlandırılmışlar. 3 nəfər  isə Şəki şəhər 5 saylı orta məktəbin VIII sinif şagirdi Rəvan Ələsgərli , 8 saylı orta məktəbin III sinif şagirdi Könül Mustafayeva və IV sinif şagirdi Murad Mustafayev Təşəkkürnamə və  təltif olunmuşlar.

 

Foto Qalereya