Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
16 Aprel , 2018

16 aprel  2018-ci il  tarixdə  Uşaq  şöbəsinin  Nağıl   otağında vətənimizi tərənnüm  edən şeirlərdən ibarət  “Azərbaycan yurdum mənim” adlı  şeir  günü   keçirildi. Müharibə  şəraitində yaşayan  bir  ölkədə, gənc  nəsildə  torpağa, Vətənə  məhəbbət  hisslərini  aşılamaq,  düşmənə  nifrət  duyğularını  formalaşdırmaq tədbirin  əsas  mövzusudur. 

  Tədbirdə  şəhər 10  nömrəli  məktəbin  şagirdlərindən-  İsrafilova  Aysu,  İmaməddinov  Fərid,  Rəsulzadə  Lalə,  Qarazadə  Aylin,  Soltanlı  Zeynəb, Süleymanov Füzuli, Çələbiyev Orxan  Azərbaycanımızı vəsf edən şeirlər  söylədilər.  

 

Foto Qalereya