Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
25 Aprel , 2018

25.04.2018-ci il tarixdə Nakam adına mərkəzi kitabxanada Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai- siyasi, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 95 illik yubileyi ilə əlaqədar  “...Xalq Heydər söyləyəcək” adlı bədii qiraət müsabiqəsi təşkil edildi.

Müsabiqədə 25 məktəbli iştirak edirdi. Bir-birindən gözəl və fərqli şeir deyən məktəblilər arasında gərgin mübarizə gedirdi.

5 ballıq şkala ilə mübarizədə 1 nəfər-Zərgərova Mələkxanım 25 bal , bir nəfər-Əzizova Ləman 24 bal, 3 nəfər- Həmidova Aysel, Davudova İlahə, Abbaslı Səma 23 bal toplayaraq 1-ci, 2-ci, 3-cü yerləri bölüşürdü.

 Beləliklə 1-ci yer -Zərgərova Mələkxanım

2-ci yer-Əzizova Ləman

3-cü yer-Həmidova Aysel, Davudova İlahə, Abbaslı Səma oldu.

Qaliblər 30 may Ümummilli lider H.Əliyevin 95 illik yubileyi ilə əlaqədar X Kitab bayramında direktorluq tərəfindən mükafatlandırılacaq.

Foto Qalereya