Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
23 Aprel , 2018

 23.04.2018-ci il tarixdə Nakam adına mərkəzi kitabxananın təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəllif Hüquqları günü ilə əlaqədar  “Mən oxudum sən də oxu” adlı aksiya keçirildi. Aksiyada bir qrup oxucularla bərabər şəhərin M.F.Axundov adına keçmiş kinoteatrın  binasının qarşısında  oxucular kitab oxuyaraq şəhər əhalisini kitab oxumağa, mütaliəyə və sağlam gələcəyə səslədilər və “Mən oxudum sən də oxu” söylədilər.  Sonra MKS-nin İnformasiya və biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayeva söylədi ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbirlərin keçirilməsinin məqsədi kitab və müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir.

Foto Qalereya