Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
30 Aprel , 2018

30 aprel 2018-ci il tarixdə Nakam adına mərkəzi kitabxanada Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan  gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının təsdiq edilməsi ilə bağlı verilmiş sərəncamın icrası ilə bağlı yığıncaq keçirildi.

Ölkəmizdə gənclərin cəmiyyətdə rolunu artırmaq, gəncliyin bilik və bacarıqlarının üzə çıxarılması bu sahədə dövlət siyasətiniprioritet istiqamətlərindən biridir. Bu məqsədlə kitabxanada  “Gənclər bizim gələcəyimizdir” adlı konfrans keçirildi. Konfransa giriş sözü ilə MKS-nin direktoru S.Vahabov başladı . O çıxışında:- Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir- dedi. Və qeyd etdi ki bu günkü gəncliyin sərbəst mütaliyə etməsi və maariflənməsi üçün kitabxanada bütün şərait yaradılmışdı. Gələcək gəncliyinin daha savadlı olması üçün bu əsas göstəricidir.

Sonra çıxış üçün söz MİMHİ-nin sədri Rəhman Məmmədova verildi. O öz çıxışında:- Azərbaycan Prezidentinin gənclər siyasəti və gənclərlə iş sahəsinə, o cümlədən gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkil edilməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə bir sıra uğurlar əldə edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb, Gənclər üçün Prezident Mükafatı təsis edilib, Gənclər evləri istifadəyə verilib. Azərbaycan gənclərinin ölkədə gedən proseslərdə yaxından iştirakını nəzərə alaraq növbəti illərdə də vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin dərk edilməsi və dəyərləndirilməsi, gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması mərasimlərinin yüksək səviyyədə keçirilməsi, o cümlədən milli qəhrəmanların gənclər arasında tanıdılması onların bilikli olmasını və informasiya texnologiyaları mühitində inkişaf etməsini zəruri edir”- qeyd etdi.

Gənclərdən çıxışa qoşulanlar da oldu. Müxtəlif aspekdən çıxışlar edildi.

Foto Qalereya