Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
8 May , 2018

8 may 2018-ci il tarixdə Nakam adına mərkəzi kitabxanada Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq  Qarabağın dilbər guşəsi olan Şuşanın işğalından 26 il keçməsi ilə əlaqədar “Şuşasız-26 il” adlı ədəbi-bədii kompozisiya  keçirildi.

Tədbiri giriş sözü ilə S.Vahabov açdı. O, işğal olunmuş torpaqlar haqqında məlumat verərək işğal  tarixlərini xatırladıb Şuşa adlı  alınmaz qaladan  söhbət açdı.Ondan sonra  hadisənin qurbanları bir dəqiqəlik sükutla yad edildi. Sonra kiçik yaşlı məktəblilərin ifasında. “Şuşam mənim”, “Azərbaycanım”, “Bayraq” adlı şeirlər səsləndi. Sonra videoçarx izlənildi. Videoçarxda talan olmuş mədəniyyət abidələri və digər sujetlər öz əksini tapmışdır.Tədbirdən sonra “Şuşasız-26 il” adlı  sərgiyə baxış oldu.

Foto Qalereya