Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
6 Oktyabr , 2013

Azərbaycan Respublikasının Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramına əsasən azlibnet.az saytında Azərbaycan ədəbiyyatının Virtual kitabxanası yaradılmışdır. Virtual kitabxananın Şəki şəhər ictimaiyyəti arasında təbliği məqsədi ilə İ.S.Nakam adına mərkəsi kitabxanada, orta məktəblərdə, kolleclərdə və digər müəssisələrdə tədbirlər keçirilmişdir. Bu haqda məlumat həmçinin regionun televiziya kanalı “Kanal S”in “Xəbərlər” proqramında da işıqlandırılmışdır. Virtual kitabxananın təbliği bundan sonra da geniş və davamlı aparılacaqdır.  

                                                           20140205 155156    20140205 155211