Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
24 Avqust , 2018

Şəki ədəbi mühitinin növbəti nümayəndəsi olan Zaur İlham oğlu Cəfərovun  “Bu həyat dediyin...” adlı kitabının və yaradıcılığının təqdimatı 24 avqust 2018-ci il tarixdə Mərkəzi kitabxananın təşəbbüsü ilə M.F.Axundzadə adına mədəniyyət mərkəzində keçirildi.

Tədbirdə Zaur İlhamoğlunun bütünlüklə yaradıcılığı oxucu ixtiyarına verilmişdi.

“Kaş yenidən doğulaydım” şeiri ilə başlayan tədbirdə ardıcıl olaraq şairin “Azərbaycan bayrağına”, “Salam Dədə”, “Artıq keçikmişik”, “Uzaqsan”, “Təsəvvür et yaşamıram”, “Nə yaxşı ki, sən varsan”, “Elə darıxmışam ki”, “Bu həyat dediyin” və silsilə şeirləri səsləndirildi.

Şeirləri Dilbər Yaqubova, Tərlan İsgəndərov, Arzu Əzizova, Şəfəq Xəlilova, Pərviz İsmayılov səsləndirdilər.

Musiqiləri 3 nömrəli musiqi məktəbinin müəllimi Murad İsmayılov ifa edirdi.

Rəqsləri  Aysel Sadıqlının rəhbərlik etdiyi rəqs qrupunun nümayəndəsi Elay Cəbrayılova rəqs edirdi.

Şairin həyatını və onun şeirlərini əks etdirən videoçarxlar tədbir boyu nümayiş olundu.

Qonaqlardan AMEA, Folklor  İnstitunun böyük elmi işçisi,  Azərbaycan nəşriyyatında baş redaktor vəzifəsində çalışan həmyerli şairəmiz Qiymət Məhərrəmli, Cavanşir Cəbrayılov, Musa Həşimov, Səhər Rzayeva, Əfsanə Rəvan, Lalə Məmməd, Ələsgər Davudoğlu, Bəhram Oxudlu, Qüdrət Bəkirov, Səlahəddin müəllim, Elşad Məmmədli, Tural Adışirin, Yetim Qacar, Elçin Hacıyev, Aqşin İbrahimxəlilov, Rasim Yanar və başqaları iştirak edirdilər və ardıcıl olaraq hər bir qonaq öz ürək sözlərini şairə və bu tədbiri təşkil edənlərə ünvanlayırdı.

Tədbir Zaur İlhamoğlunun  təşəkkür və minnətdarlıqla dolu çıxışı ilə yekunlaşdı. Çıxışında o: “Şəxsiyyətimə, yaradıcılığıma verdiyiniz bu yüksək qiymət üçün, bu əvəzsiz dəyər üçün hər birinizdən sonsuza qədər razıyam əziz dostlarım, gözəl qəlbli dostlarım, dəyərlilərim, sevimlilərim. Sizlərin əhatəsində olmaq olduqca gözəldir. Siz mənə yenidən yaratmaq üçün, yeni-yeni şeirlər yazmaq üçün, irəliyə doğru addımlamaq üçün ruh verdiniz. Tanrım sizləri qorusun” söylədi.

Sonda xatirə şəkilləri çəkildi.

 

Foto Qalereya