Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
25 Sentyabr , 2018

25 sentyabr 2018-ci il tarixdə Nakam adına mərkəzi kitabxanada “Üzeyirin Musiqi Dünyası” adlı xatirə gecəsi keçirildi. Tədbirdə Üzeyir Hacıbəyovun həyat salnaməsi və onun yaratdığı əsərlər  xatırlanaraq səsləndirildi.

İkl əvvəl Insanları bir xalq olaraq ayaq üstə saxlayacaq bir əsər-Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra “Uzun ömrün akkordları” filmindən balaca Üzeyirin “Könlümün sevgili məhbubu mənim” Bayatı şiraz muğamı üzərində səsləndi.

Üzeyir yaradıcılığının zirvəsi olan “Koroğlu” operası bu tədbirə bir az da rəng qatdı.

Bir çox romansların və operaların müəllifi olan Üzeyirin musiqi dünyası tamaşaçıların ixtiyarına verildi.

Kitabxananın abonement bölməsinin müdiri D.Yaqubova iştirakçılara videoçarxların arasında Üzeyirin həyat yolu haqqında məlumat verərək bildirdi ki, Şərqdə ilk operanın banisi olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulmuşdu. Həm də o çıxışının sonunda  qeyd etdi ki,Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunur . Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: "Üzeyirin musiqi günü".

            Sonda“Üzeyirin Musiqi Dünyası” adlı sərgiyə baxış oldu. Tədbir Üzeyir Hacıbəyovun romanslarının səsləndirilməsi ilə iş günün sonuna qədər davam etdi.

Foto Qalereya