Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
11 Oktyabr , 2018

Azərbaycankinosununqızılfondunutəşkiledənfilmlərdətəkrarolunmazifatərziiləekranhəyatına verdiyiparlaqxarakterlər, həmçininteatrsəhnəsindəcanlandırdığısurətlərləölkəninmədəniyyətxəzinəsinizənginləşdirmişHəsənMəmmədovun 80 illik yubileyi ilə əlaqədar 11 oktyabr 2018-ci il tarixdə Şəki Mərkəzi kitabxanada “Kinomuzun Həsən Məmmədov zirvəsi” adlı dəyirmi masa keçirildi. Tədbirdə gənc nəslin nümayəndələri iştirak edirdi. Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunduqdan sonra kitabxananın abonement bölməsinin müdiri D.Yaqubova Həsən Məmmədovun həyatı və yaradıcılığı haqqında məlumat verildi. Qeyd olundu ki, fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır. Məhz elə buna görə də bu günkü tamaşaçılarımızın əksəriyyəti gənc nəsil oxuculardı ki, onlara milli dəyərimiz olan kinomuzu və bu kinomuzun yaranmasında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın təbliğ etməyi özümüzə borc bilirik.

Bir də qeyd olundu ki, Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynamışdı.

Həsən Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Foto Qalereya