Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
13 Oktyabr , 2018

Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazmış, Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr vermiş görkəmli müğənni Gülxar Həsənovanın 100 illiyi münasibətilə 13 oktyabr 2018-ci ildə Şəki Mərkəzi kitabxanada “Səhnəmizin Unudulmaz  Leylisi və Ərəb zəngisi” adlı sənədli filim nümayiş olundu. Tədbirdə əvvəlcə kitabxananın əməkdaşı D.Yaqubova Gülxar Həsənovnın həyatı və yaradıcılığı haqqında qısa məlumat verdi . Qeyd etdi ki, yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqisevərlərin qəlbində dərin izlər buraxmışdır.G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.

Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.

Sonra onun səhnə həyatını əks etdirən sənədli filim nümayiş edildi. Korifey sənətkarlarımızı gənc oxuculara tanıtmaq üçün əlimizdən gələn informasiyaları ictimaiyyətə ötürməyi özümüzə borc bilirik.

Gülxar Həsənova 2005-ci ildə vəfat etmişdir.

 

 

Foto Qalereya