Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
19 Oktyabr , 2018

Azərbaycan Xalq Şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə Şəki Mərkəzi kitabxanada 19 oktyabr 2018-ci il tarixində “Dünənimə qaytar məni” adlı poeziya axşamı keçirildi.

Tədbirdə şairin şeirləri, şeirlərinə həsr olunmuş musiqilər və onun haqqında çıxışlar səsləndi.

Qonaqlarımız Şəki ədəbi mühitinin şair və pedaqoqları, iştirakçılar məktəbli və tələbə oxucular və digər MKS-nin əmkdaşları idi.

Şairin “Dünənimə qaytar məni” şeirinin videoçarxı ilə başlanan tədbirdə həmyerli şairimiz Musa Həşimov , Zaur İlhamoğlu, Tərlan İsgəndərov, Əfsanə Rəvan ardıcıl çıxışlarıyla tamaşaçılarda Məmməd Araz yaradıcılığına, ümumilikdə poeziyaya ,kitaba və kitabxanaya  maraq yaradan çıxışlar etdilər.

Musa Həşimov çıxışında qeyd etdi ki, bu gün Məmməd Arazın şərəfinə təşkil olunmuş poeziya bayramıdır. Poeziya insanın ruhunun qidasıdır.

Ardıcıl olaraq Zaur İlhamoğlu çıxışının sonunda Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şeirinə cavab olaraq özünün yazdığı “Qaval daşı” adlı şeirini səsləndirdi.

Tərlan isgəndərov həmişəki kimi maraqlı çıxışlarıyla davam edərək şairin “Unut məni” şeirini səslədirdi.

Kitabxanamızın oxucuları həm də 11 nömrəli orta məktəbin şagirdləri Məmmədova İlkanə (Ayağa dur, Azərbaycan!), Muradlı Fidan(Vətən desin), Məmmədli Ayçin (Dünya sənin, dünya mənim, dünya heç kimin) şeirlərini səsləndirdilər.

Tədbirin təşkilatçısı  D.Yaqubova çıxışların arasında iştirakçılara M.Araz yaradıcılığının maraqlı məqamlarını çatdıraraq qeyd etdi ki, İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, "axşam məktəbli, gündüz çoban"ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə "tapşırıq dəftəri" adlandırdığı "sal daşlar üstündə" yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur.

D.Yaqubova həmçinin şairin “Bu dünya düzəlmir, düzəlmir, baba” şeirini səsləndirdi.

Sonda istedadlı qələmi ilə şairliyə yeni başlamış Cahangir Süleymanovun şairin “Dünya sənin, dünya mənim, dünya heç kimin” seirinə cavab olaraq yazdığı şeiri Tərlan Türksoyun ifasında səsləndi.

Tədbirdə “Şəki Bələdiyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyovun şairin 85 illik yubileyi münasibətilə “Adsız yazı... yaxud “Dünya heç kimin!”” adlı məqaləsi haqqında da söz açıldı. 

Foto Qalereya