Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
25 Oktyabr , 2018

         Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində nümayəndə heyəti 25 oktyabr 2018-ci il tarixdə Şəki şəhərinə gəlmişdir. Səfərin təşkilində başlıca məqsəd bölgə kitabxanalarının uşaq şöbələri və kitabxana filiallarında uşaq oxucularının sorğularını təmin etməklə yanaşı onlarla uşaq ədəbiyyatına olan marağı artırmaqdan ibarətdir.

         Tədbir 25.10.2018-ci il tarixdə saat 1400-da M.F.Axundzadə adına Mərkəzi Mədəniyyət evində “Kitab-sənin ilk dostundur” başlığı altında kitab sərgisinin nümayişi ilə başlandı.

         Sərgiyə baxışdan sonra Şəki şəhər MKS-inin direktoru S.Vahabov çıxış edərək qonaqları salamladı və oxuculara təqdim etdi.

         Onlara regiona, o cümlədən Şəki şəhərinə xoş məramlı səfərlərinə görə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Şəki şəhər MKS-inin uşaq və yeniyetmələrdən ibarət  20 minə yaxın oxucusu var. Lakin MKS-in ümumi kitab fondunda uşaq ədəbiyyatının həcmi oxucu sorğularını kifayət qədər ödəmir. Bu səbəbdən də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi respublika kitabxanalarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsi məsələsinə xüsusi diqqət yetirir. Ötən il Mədəniyyət Nazirliyinin xətti ilə kitabxanamıza 1000-ə yaxın uşaq ədəbiyyatı daxil olmuşdur. Bu ildə kitab fondumuza xeyli uşaq ədəbiyyatı hədiyyə edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Respublika Uşaq Kitabxanası tərəfindən də kitabxanamıza uşaq ədəbiyyatı hədiyyə edilmişdir. Göründüyü kimi bu günki “Uşaq Kitab Karvanı”nın məqsədi də uşaq və yeniyetmələrin kitaba olan marağının ödənilməsinə, sorğularının yerinə yetirilməsinə xidmət edir.

         Sonunda S. Vahabov Şəkinin çoxsaylı uşaq oxucuları, MKS-in kitabxanaçıları və öz adından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Respublika Uşaq Kitabxanasına uşaq oxuculara göstərilən bu qayğıya görə minnətdarlığını bildirdi.

         Tədbirdə Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qənbərova, uşaq yazarı, “Təhsil” nəşriyyatının Uşaq bölməsinin müdiri Sevinc Nuriqızı, professor, uşaq yazarı, “İrs” mədəni təhsil mərkəzinin müdiri Amanova Solmaz, yazıçı  Reyhan Yusifqızı, şair Ələmdar Quluzadə və F.Köçərli adına Mərkəzi Uşaq Kitabxanasının digər əməkdaşları iştirak edirdilər.

Həmçinin Şəki Uşaq Kitabxanasının fəal oxucuları şeirlər ifa etdilər, Azərbaycanın bayrağını  flaşmobla təsvir etdilər və 3 nömrəli musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərovanın yaratdığı “Şəms” kukla teatrı hazırladığı səhnəciyi tamaşaçılara təqdim etdi.

Foto Qalereya