Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
4 Dekabr , 2018

4 dekabr Mərkəzi kitabxanada “Qazanılmış İmmun çatışmamazlığı sindromu” ilə bağlı mühazirə oxundu. Mühazirəni Uşaq poliklinikasının tibb bacısı Həmidova T.  və məktəb psixoloqu X.Məmmədova  oxudu.

T.Həmidova  çıxış edərkən qeyd etdi ki,  yoluxma əsas aşağıda göstərilən yollarla baş verir:

Cinsi yolla, xüsusən qeyri-təbii əlaqələr zamanı. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, xəstəliyin 60%-i homoseksual kişilərin payına düşür. İlk dəfə homoseksualistlər arasında AİDS 1981-ci ildə ABŞ-da aşkar olunmuşdur.  Bütövlükdə isə kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox QİÇS xəstəliyinə rast gəlinir. İİV infeksiyasının kişidən qadına ötürülmə təhlükəsi qadından kişiyə ötürülmə təhlükəsindən 4 dəfə çoxdur.

Qanköçürmə yolu ilə, İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).

Virusla infeksiyalaşmış sterilizə olunmamış şprislərdən istifadə edilməsi ilə. Bu hal narkomanlar arasında, narkotik maddələri damara ötürərkən eyni şprislərdən istifadə edilməsi zamanı daha çox baş verir. Narkomanlar QİÇS-lə yoluxmada homoseksualistlərdən sonra ikinci yeri tuturlar – 20-25%. Narkotiklərdən istifadə insan şüuruna mənfi təsir edir və riskli cinsi əlaqələrin qurulmasına da səbəb olur.

Transplasentar yolla, yəni virusun xəstə anadan hamiləlik dövründə  dölə keçməsi ilə. İİV infeksiyasının anadan uşağa doğuş zamanı və ana südü vasitəsilə də keçmə ehtimalı çox böyükdür.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək risk qrupuna aid olan narkotik istifadəçiləri arasında yayılıb. Statistika Komitəsinin məlumatına görə 2011-ci ildə (2012-ci il üçün hələ tam dəqiqləşdirilməyib) respublikamızda qeydiyyata alınan İİV-lə yoluxanların sayı 3154 nəfər, QİÇS-lə xəstələnənlərin sayı isə 881 olub. 2011-ci ildə İİV və QİÇS üzrə ilk dəfə qeydiyyata alınanlar isə 537 və 190 nəfərdir ki, onlardan da 11 nəfəri 18 yaşa qədər uşaqlardır.

Sonra  məktəb psixoloqu X.Məmmədova çıxış edərək  qeyd etdi ki, QİÇS orqanizmin infeksiyalara qarşı ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji və infeksion xəstəliklərin dirçəlməsinə səbəb olur. Əslində, bu xəstəlik mahiyyətcə İİV infeksiyasının son mərhələsidir. İİV nəticəsində insanın immun sisteminin dərin zədələnməsi səbəbindən yaranan xəstəlikdir. Ona görə də, İİV-lə yoluxmaq hələ QİÇS xəstəliyinə tutulmaq deyildir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan onun adına AİDS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu abreviaturadan istifadə edilir. Güman edilir ki, xəstəlik keçən əsrin ortalarında Mərkəzi Afrikada peyda olmuş və yerli əhaliyə meymunlardan keçmişdir. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılmışdır. QİÇS ilk dəfə Azərbaycanda 1987-ci ildə müəyyən edilib. Və bununla bağlı uşaqların qorunmasını tələb edən amillərin əsasən valideyinlərin üzərinə düşdüyünü vurğuladı.

            Sonda mühazirəçilər oxuculara sağlamlıq arzuladı və onlara öz səhhətinə diqqət yetirmələrini və bunun gələcəkdə pis nəticələrə gətirib çıxaracağını qeyd edərək çıxışını sonlandırdı.

Foto Qalereya