Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
1 Fevral , 2019

1 fevral 2019-cu il tarixdə Nakam adına Mərkəzi kitabxanada 2 fevral Gənclər günü münasibətilə ŞRDM-nin bir qrup gənc üzvləri ilə birgə “Gəncliyimiz sabahımızdır” adlı dəyirmi masa keçirildi.

Tədbiri oxu zalının müdiri Y.Sadıqlı açıq elan edərək gəncləri bu gün münasibətilə təbrik etdi.Qeyd etdi ki, bu gün hər kəsə məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır...

Tədbirdə ŞRDM-nin sədri A.Sadıqlı və onun sədrlik etdiyi təşkilatın üzvləri iştirak edirdi. Onlar gəncliyə verilən dəyərdən və bu dəyərdən istifadə edərək keçdikləri həyat yollarından danışdılar. Qarşılarına yeni məqsədlər qoyaraq yeni-yeni nəaliyyətlərə imza atacaqlarına və gəncliyə doğru gələn yeniyetmələrə müsbət nümunə olacaqlarına vəd verdilər.

 Sonda “Gəncliyimiz sabahımızdır”adlı sərgiyə baxış oldu.Sərgini istedadlı gəncliyi əks etdirən örnək nümunələr təşkil edirdi.

 

Foto Qalereya