Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
14 Mart , 2019

Anar - Bu ad hər birimizə tanışdır. Bəzilərinə yazıçı, çox sevdiyimiz əsərlərin müəllifi, bəzilərimizə dönə-dönə izlədiyimiz filmlərin ssenari müəllifi kimi, kiminə Millət vəkili, Yazıçılar birliyinin sədri kimi, kimi sinədə sadəcə olaraq Rəsul Rza və Nigar Rəfibəylinin oğlu kimi. Bütün bunlar bir ad altında birləşir – Yazıçı Anar.

Azərbaycanlı  yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri  Anar  Rzayevin doğum günü ilə əlaqədar  “Asan xidmət”in bir qrup əməkdaşları 14 mart 2019-cu il tarixində Nakam adına mərkəzi kitabxanada onun əsərlərinin mütaliəsini üçün toplaşdılar.

 Mütaliə zamanı onlar məlumat aldılar ki, Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. 

Bir saata yaxın davam edən mütaliə maraqlı müzakirə ilə sona yetdi. Əsərləri ilə tanış olarkən oxuculara məlum oldu ki, Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin ("Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Təhminə", "Otel otağı" və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi" və s. filmlərə quruluş verib.




 

 

Foto Qalereya