Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
14 May , 2019

14 may  2019 - cu il tarixində Nakam adına mərkəzi kitabxanada əslən Nefçaladan olan qəlbi bütün Azərbaycanla döyünən şair Azad Qəlbinurun kitablarının və  yaradıcılığının "Qəlbiminnaləsigözümdənaxır" adlı işığına yığışmışdıq. Bu yaxınlığa körpü  olan şairin  yaxın dostu  Musa Həşimov oldu.

Təqdimatda Şəki ədəbi mühitinin nümayəndələri, poeziyasevərlər , kitabxananın əməkdaşları  və digər şəxslər iştirak edirdi.

Tədbiri kitabxananın əməkdaşı Dilbər Yaqubova açdı. O, tədbir iştirakçılarını salamlayaraq müəllifin kitabxanaya hədiyyə etdiyi kitablardan, kitablarda yazılan şeirlərdən, şeirlərə həkk olunana talelərdən, duyğulardan danışdı. Sonra sözü şair Musa Həşimova verdi. Musa Həşimov şairin bütün həyatını, yaradıcılığını iştirakçılara çatdıraraq ona ithaf etdiyi şeirini oxudu. Sonra söz  Şəki ziyalısı , nasir Ələsgər Davudöğluya  verildi. Ələsgər müəllim və ardıcıl olaraq şair Bəhram Oxudlu, şair Elşad Məmmədli, Zaur İlhamoğlu, Aqşin İbrahimxəlilov şairin şeirlərini sosial şəbəkə tərəfindən işləyən Hacı Yaşar Əliyev çıxış etdilər. Çıxışlar arasında şairin şeirləri bədii qiraətçiər tərəfindən səsləndirildi.

Şeirləri Dilbər Yaqubova, Vəfa Əliyeva, Şəfəq Xəlilova, Nərmin Davudova, Nuranə Mirzəyeva səsləndirdilər. Kamançada Bəhram oxudlu şeirləri müşaiyət edirdi.

Sonda  Musa Həşimov yenidən söz alaraq bir neçə məqama toxunaraq şairin şeirlərinin qaynaqlandığı ünvanı, onun İsmi Pünhanı - dünyasını dəyişdiyi həyat yoldaşının olduğunu söylədi. Həm də qeyd etdi ki, şairin bir ayağı amputasiya olunduğundan bu tədbirdə iştirak edə bilmir, lakin onun ürəyi Şəki ilə döyünür.

Sonda tədbir bir möhtəşəm kaman ifası ilə başa çatdı.

Foto Qalereya