Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
3 İyun , 2019

1 iyun 2019-cu il tarixində Şəki Xan sarayının həyətində MKS-in Uşaq şöbəsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Dünya bizim evimizdir” adlı uşaq səhərciyi keçirdi. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Milvari Rəsulova açaraq uşaqları təbrik etdi və sözü Yuxarıbaş Dövlət Tarix və Memarlıq Qoruğunun direktoru Təranə xanım Abdullayevaya  verdi. Təranə xanım da öz növbəsində uşaqları təbrik etdi və gələn qonaqları salamladı. Tədbirdə kitabxananın oxucuları olan 10 nömrəli tam orta məktəbin IV-D, II-B və hazırlıq qrupunun şagirdləri mahnılar səsləndirdilər, şeirlər söylədilər, rəqs etdilər. Sonra şəhərimizə qonaq gəlmiş Gəncə şəhərinin məktəbliləri öz çıxışları ilə tədbirimizə qoşuldular. Tədbirin sonunda MKS-in direktor müavini Razidə xanım Əhmədova çıxış edərək 10 nömrəli məktəbin müəllimləri Ülviyyə və Gülər müəlliməyə təşəkkürünü bildirdi və MKS-in rəhbərliyi adından onları fəxri fərmanla təltif etdi. Tədbirin sonunda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr verildi.

Foto Qalereya