Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
3 İyun , 2019

1 iyun Uşaqların Müdafiə günündə  kitabxanamızın yaşı 18-ə çatmamış bir qrup oxucuları ilə  “Sağlam nəsil yetişdirək” adlı görüş təşkil olundu. Görüşdə  21 saylı orta məktəbin tarix müəllimi Tərlan İsgəndərov Mərkəzi xəstəxananın ümumi cərrahı Fəqan Rəsulov və digər şəxslər iştirak edirdi. Əvvəlcə tədbiri həmişə olduğu ki Tərlan müəllim açaraq uşaqların cəmiyyətdə düzgün yaşama tərzindən danışdı  və bunun üçün maariflənmə və davamlı bilik almağın labüd olduğunu qeyd edərək söhbətinə davam etdi.O qeyd etdi ki,Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir.

Sonra söhbət əsnasında  həkim Fəqan Rəsulov uşaqlara səhhətində sağlamlıq arzulayaraq onların sağlam yaşamasını təmin etmək üçün öz hüquqlarından istifadə etməyi tövsiyə etdi. O, həm də qeyd etdi ki,Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət etməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılıdır.

Bütün bu sadalanan amillər onu göstərir ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Lakin Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, uşaqların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarda, doğma ev-eşiklərində azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmamışdır.

Bu və ya digər məsələlərə toxunaraq tədbir sona yetdi. Sonda xatirə şəkli çəkildi.

Foto Qalereya