Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
12 İyun , 2019

12 iyun tarixində Şəki Mərkəzi kitabxanada Azərbaycan xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə əlaqədar “Uzaq yaşıl ada” adlı poeziya axşamı keçirildi. Tədbirdə şairin yaradıcılığına dəyər verən müxtəlif yaş kateqoriyasından olan insanlar iştirak edirdi. Bu tərkibə Şəki yazarlarından Musa Həşimov, Tərlan Türksoy, Zaur İlhamoğlu, Aqşin İbrahimxəlilov, Əfsanə Rəvan, Nərgiz Şahmirova, Rasim İsaq, digər iştirakçılar: 6 saylı uşaq bağçasının müdiri Mətanət Rəhimova, Şəki Dram teatrının aktrisası Nuranə Mirzəliyeva, 10 nömrəli məktəbin IX sinif şagirdi Nərmin Davudova, Asan xidmət könüllüləri və Mədəniyyət işləri üzrə müşavir Kəmalə xanım, kitabxanamızın poeziyasevər əməkdaşları və digər şəxslər bu tədbirin tərkib hissəsi idi.

Tədbiri Xidmət və abonement şöbəsinin müdiri Dilbər Yaqubova başladı. O, tədbir iştirakçıları salamlayaraq tədbirin keçirilmə mahiyyəti haqqında məlumat verdi. Sonra tədbirin adını əks etdirən “Uzaq yaşıl ada” şeirini səsləndirdi, ardınca Flora Kərimovanın ifasında eyni adlı musiqiyə qulaq asıldı.

Sonra söz  21 saylı məktəbin müəllimi Tərlan İsgəndərova verildi. Tərlan müəllim Vaqif Səmədoğlunun həyat və yaradıcılığından maraqlı çıxış etdi.

Ardıcıl olaraq şair Musa Həşimov, Zaur İlhamoğlu, Nərgiz Şahmirova, Mətanət Rəhimova Vaqif Səmədoğlunun yaradıcılığının və şəxsiyyətinin fərqliliyindən, orijinallığından, xüsusiliyindən danışdılar. Vaqif Səmədoğlunun “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm” fikrinin üzərində dayanaraq hər kəs bu fikrin orijinallığından danışdı, fəlsəfəsindən danışdı.

Şairin tədbir boyunca bir neçə şeiri “Sevgilim mən öləndə”,”Çiçək yağışı”, “Uzaq yaşıl ada” və s. səsləndi.

Tədbirdə şairin sözlərinə bəstələnən musiqilər səsləndi. Videoçarx nümayiş edildi.

Sonda aparıcı qeyd etdi ki, Vaqif Səmədoğlu yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. 40-45 il bundan qabaq Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisə olunmaz dərəcədə çox adam başa düşür, gün gələcək bunu başa düşməyən qalmayacaq, qalsa da, üç cüt-bir tək cahil.

 

Foto Qalereya