Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
18 İyun , 2019

18 iyun 2019-cu il tarixində Şəki Mərkəzi kitabxanada “İnsan hüquqları Günü” ilə əlaqədar  “Hüquqlarımızı tanıyaq və qoruyaq” adlı mühazirə təşkil edildi. Mühazirəni MKS-nin Metodika-biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayeva oxudu. O, iştirakçılara kitabxanamıza daxil olan məktublar və göstərişlər haqqında məlumat verərək qeyd etdi ki,“İnsan hüquqları günü” ilə  əlaqədar “İnsan hüquqları aylığı” keçirilməsi göstərişi daxil olmuşdu və bu məqsədlə də belə tədbirlərin keçirilməsi siz oxucular üçün vacibdir.Çıxışında o, qeyd etdi ki, İnsan haqları insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan haqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir. Insan haqları demək olar ki, dünyanın bütün ölkələrində əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə inkarolunmaz bir hüquq kimi qəbul edilir. Insan haqları çox hallarda bütün insanların eyni hüquqa  malik olması ideyasına uyğun olaraq belə ifadə olunur ki, hər bir insan onun malik olduğu  irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən mülkiyyətindən asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

Sonda “Qanun nə deyir?” adlı sərgiyə baxış oldu.

Foto Qalereya