Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
19 İyun , 2019

19.06.2019 – cu il tarixində Mərkəzi kitabxanada 3 gün ərzində Mədəniyyətlərin təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai birliyinin Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc xanımlarla qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdən istifadə edilən əşyaların hazırlanması layihəsi çərçivəsində təşkil olunmuş Ustad Dərsləri keçirildi. Dərsləri layihənin sədri, modelyer, pedaqoq Laləndər Novruzova, ekspert–Həsənova İradə keçirdilər. Laləndər xanım “Mədəniyyətlərin təbliği və xalq yaradıcılığına dəstək” adlı qeyri-hökumət təşkilatı da yaradıb. Bu təşkilat vasitəsi ilə də mədəniyyətin təbliği ilə məşğuldur. Çıxış edərək o qeyd etdi ki, tikdiyimiz paltarları həm satırıq, həm kirayə veririk. Ancaq mənim üçün bu, əsas deyil. Əsas olan milli geyimlərimizə cəmiyyətdə maraq oyadılmasıdır. Biz buna çalışırıq. Təəssüflər olsun ki, milli dəyərlərimiz aşınır, bəsitləşdirilir və unutdurulur. Hazırda ölkədə satılan milli geyimlərin əksəriyyəti heç də standartlara uyğun deyil. Məni bir müəllim kimi narahat edən əsas məsələ odur ki, bu geyimlərdə milliliyimiz itir. Geyimlərin forması da saxtalaşdırılır. Həmin geyimlərdə nə parça fakturası, nə üslubu, ümumiyyətlə, heç nə milli geyimə uyğun deyil. Deyərdim ki, milli geyimlər bizim son dəyərimizdir, onu qorumaq lazımdır. Milli geyimə xəyanət etmək, onu öz tarixi formasından çıxarmaq olmaz. Tarixi gələcək nəsillərə düz çatdırmaq lazımdır. Həm də Lləndar xanım qeyd etdi ki,qədimi milli geyimlərin tikilişi üçün anasından qalma kitab və çertyojlardan istifadə edir. Həmçinin, Milli Elmlər Akademiyasındakı mütəxəssislərlə məsləhətləşir. Qurumdakı sənətşünas və folklorşünaslarla müzakirələr nəticəsində incə üslublu müxtəlif cür milli geyimlər tikir. Beş-altı il əvvəl bu geyimlərə tələbat artmağa başladı və biz emalatxana açdıq. Bu işləri siz də görməklə həm qədim köklərimizə bağlı olan tarixiliyimizi qoruyub saxlaya bilərsiniz, həm də əlavə vəsait əldə edə bilərsiniz.

Keçirilmiş bu tədbirdə Mərkəzi kitabxananın işçiləri, musiqi məktəblərinin işçiləri və digər şəxslər iştirak edirdi. Xanımlar verilmiş materiallardan istifadə edərək müxtəlif ev və mətbəx əşyaları  hazırladılar. Hazırlanmış bəzək əşyaları haqqında Laləndər xanımın və İradə xanımın xoş sözləri tədbirdə iştirak edən xanımları həvəsləndirdi.

Sonda İştirakçılar “Mədəniyyətlərin təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai bilrliyinin” diplomları ilə təltif olundular. Xatirə şəkilləri çəkildi.  

Foto Qalereya