Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
4 İyul , 2019

04.07.2019-cu il tarixində Şəki şəhər Nakam adına Mərkəzi kitabxanada “Şəkinin Qeyri-maddi İrs Nümunələri” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın oxu zalının müdiri Sadıqlı Yaqut xanım açdı. O qeyd etdi ki, Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 8-ci sessiyasına uğurla  ev sahibliyi edən Azərbaycan eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi töərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dioloq formu keçirir. 2018-ci ildə 42-ci sessiyada növbəti dəfə ev sahibliyi əldə edib. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb, sessiyanın yüksək səviyyədəkeçirilməsi təşkil olunub. Sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Elmi Mərkəzinin Folklorşünaslıq və El sənətləri şöbəsinin rəhbəri  Pakizə Zakirovaya. O da öz növbəsində Qeyri- Maddi Mədəni İrs nümunələri haqqında geniş məlumat verdi. Sonra söz  Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Elmi Mərkəzinin Folklorşünaslıq və El sənətləri şöbəsinin aparıcı elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru Kamil Adışirinova. O da maraqlı fikirləri ilə tədbir iştirakçılarının diqqətini cəlb etdi. Sonra söz Qeyi-Maddi İrs nümunələrinin muzey tədrisində istifadəsi və muzey təhsili üzrə mütəxəssis Səyyarə Hüseynliyə.  Səyyarə xanım slayt göstərərək tədbiri daha da canlandırdı. Sonda isə həvəskar yazar Şahmirova Nərgiz xanım da öz fikirlərini bildirdi.

Foto Qalereya