Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
8 İyul , 2019

08.07.2019-ci il tarixdə Şəki MKS-nin Nakam adına Mərkəzi kitabxanaya  yeni daxil olan kitabxananın sərgisi və biblioqrafik icmalı keçirildi. Tədbiri giriş sözü ilə oxu zalının müdiri açaraq bildirdi ki, dünən xoş xəbər aldıq ki, Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi Mərkəzi UNESKO-nun Dünya İrs siyahısına salınıb. Şəki üçün bu böyük uğurdu. Bu münasibətlə hamını ürəkdən təbrik edirəm.Sonra söz MKS-nin direktoru S.Vahabov yoldaşa verildi. Hörmətli tədbir iştirakçıları hamımıza məlumdur ki, bu günlərdə Bakının ev sahibliyi ilə UNESKO-nun 43-cü sessiyası keçirildi. Biz dünən bu şad xəbəri eşitdik. Bu qərarın tək Şəki üçün deyil, ümumilikdə Azərbaycan üçün əhəmiyyətli olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına, Vitse Prezident Mehriban xanım Əliyevaya, Şəki şəhər İcra başçısı Elxan Usubov cənablarına və bu işdə köməyi keçən hər bir kəsə öz dərin minnətdarlığımızı bildiririk. Gəlin birlikdə həmin anların video çəkilişinə baxaq. Sonra çıxış üçün söz kitabxananın fəal, gənc yazar oxucusu yeni kitab müəllifi həmyerlimiz Rəşad Paşayevə verildi. O, yeni “Traum” kitabı haqqında məlumat verdi. Sonda yeni kitablar haqqında məlumat vermək üçün söz 21 saylı məktəbin tarix müəllimi şair Tərlan Türksoya verildi. 

Foto Qalereya