Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
18 Sentyabr , 2019

18 sentyabr 2019-cu il tarixdə Mərkəzi kitabxanada“Davamlı sülh-ümumbəşəri dəyərdir” adlı dəyirmi masa keçirildi.İştirakçılar oxucu və tələbələrdən ibarət idi. Oxu zalının müdiri Y.Sadıqlı tədbiri açıq elan etdi. Qey etdi ki, Özündə xoşbəxtliyi, sevinci təzahür edən sözdür Sülh. Amma mən xoşbəxt deyiləm, mən sülh istəyirəm. Dünyada hər gün baş verən qorxunc hadisələr yaşamaq istəmirəm. Mən artıq “Qarabağı geri alacağıq” cümləsini  eşitmək istəmirəm, Qarabağı geri almaq istəyirəm. Ədalətin yerini tapmasını istəyirəm. Qarabağın adı gələndə ürəyimdə sızıltı olsun istəmirəm, ürəyim rahat olsun istəyirəm. BMT-nin, ATƏT-in boş-boş sözlərini eşitmək istəmirəm artıq, haqqı bərpa edən addımlar istəyirəm onlardan.

 Sonra sözü Xidmət və abonement şöbəsinin müdiri M.Cabbarlıya verdi. M.Cabbarlı  sülhün Azərbaycan xalqına, dünya xalqlarına, sadə insanlara qədər vacib olduğundan danışdı.Çıxışında qeyd etdi ki, müharibə görmüş, müharibə şəraitində yaşayan dövlər və xalq olaraq-Azərbaycana sülh daha çox vacib və lazımdır.

 

Mən anayam, bu səsimdə yerin, göyün dərdi var,
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.

 

Qarabağ həm keçmişin, həm gələcəyin, həm tarixin, həm mədəniyyətin, həm şərəfin həm də sənin namusundur, Azərbaycan kişisi!

         Tədbiri Y.Sadıqlı sonlandıraraq Biz həqiqətən də sülh istəyirik və yalançı vədlərə toxuq dedi. İştikarçılara öz təşəkkürünü bildirdi və tədbir sona yetdi.

         Sonda “Dünyaya sülh gərəkdir” adlı sərgiyə baxış oldu.

Foto Qalereya