Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
12 Noyabr , 2019

Nakam adına mərkəzi kitabxananın xidmət şöbəsində 12.11.2019 – ci il tarixdə “Azərbaycan Konstitusiyası İnsan Hüquq və Azadlıqlarının Təminatçısıdır”  mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransı kitabxananın oxu zalının müdiri Y.Sadıqlı açdı. Azərbaycan Respublikasının Himni səsləndi. Çıxış etmək üçün söz Metodika və Biblioqrafiya şöbəsinin müdiri Zivər Nəsrullayevaya verildi. O, “Dövlətimizin Əsas Qanunu” başlıqda geniş məruzə söylədi. Sonra Metodika vəBiblioqrafiya şöbəsinin biblioqrafı Nəzkət Əhmədova Azərbaycan Respublikasının Konstitusiyasında əsas yer tutan insane hüquq və azadlıqlarından geniş söhbət açdı. Qeyd etdi ki, Konstitysiyanın 48-ci maddəsi yəni üçdə biri insane və vətəndaş hüquq və azadlıqlarına həsr edilməsi ölkəmizin demokratiya ideyalarına sadiqliyinin göstəricisidir. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Sonda kitabxanada təşkil olunmuş “Azərbaycan Konstitusiyası İnsan Hüquq və Azadlıqlarının Təminatçısıdır” başlıqlı sərgiyə baxış keçirildi. Oxu zalının müdiri tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.  

Foto Qalereya