Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
18 Oktyabr , 2019

MKS- nin  Uşaq  şöbəsində 18 Oktyabr- Azərbaycanın  Dövlət  Müstəqillliyi  Günü   münasibətilə  “Azərbaycanın   Dövlət  Müstəqilliyi  Əbədidir”  adlı  ədəbi-  bədii   kompozisiya  keçirildi.    Uşaq  şöbəsinin  müdiri  M. Rəsulova  tədbir  haqqında  məlumat  verərək    vurğuladı  ki,öz  dövlətini  qurmaq  müstəqil  yaşamaq  hər  bir  xalqın  arzusudur.  Azərbaycan  xalqı  da  həmişə  bu  istəklə  yaşamışdır.  Şah  İsmayıl  Xətainin    dövründə  səfəvilər   dövləti  bütun  Azərbaycan  torpaqlarını   birləşdirdi  və  Azərbaycan   dili  dövlət  dili   səviyyəsinə   yüksəl  mişdi. Xalqımız   ötən  yüzillikdə  ilk  dəfə   dövlət    müstəqilliyi  qazanmışdır.  1918-ci ildə   Azərbaycanda    islam   dünyasında  ilk   demokratik   respublika  qurulmuşdur.  Lakin   bu  respublikanın   ömrü  qısa  oldu. Belə ki, xarici  müdaxilə,  daxili   çəkişmələr  və  digər   amillər  üzündən  Azərbaycan Demokratik   Cümhuriyyəti  az  vaxtdan- cəmi 23 aydan  sonra süqut  etdi. 

  Ötən  əsrin  sonlarında  xalqımıza  yenidən  dövlət  müstəqilliyinə  qovuşmaq  səadəti  nəsib  oldu.  Sovet ittifaqı dağıldıqdan  sonra   1991-ci il  oktyabrın 18-də   respublikanın  qanunvericilik  orqanı  parlament  Azərbaycan  dövlət  müstəqilliyi  haqqında   konstitusiya   aktı  qəbul  etdi  və  bununla  da  respublikamızın  müstəqilliyi  bərpa  olundu.

Tədbir  1 N-li məktəbinin  şagirdlərinin  iştirakı ilə   davam  etdi. Tədbirdə  vətənimizi   tərənnüm   edən şeirlər   əzbər  söylənildi, mahnılar  oxundu.  

Foto Qalereya