Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
4 Noyabr , 2019

01.11.2019-cu il tarixdə  MKS- nin  Uşaq  şöbəsində   Dövlət   Bayrağı  Günü  ilə  əlaqədar  “Bu Gün Bizim  Qürur  Günümüzdür”   adlı  ədəbi-bədii  kompozisiya  keçirildi.

 Tədbir Azərbaycan himni ilə başladı.Uşaq  şöbəsinin  müdiri M.Rəsulova  çıxış edərək Müstəqil  Azərbaycanın   dövlət bayrağındakı  üç  rəngin ifadə  etdiyi və XX əsrin  əvvəlidəki  milli  istiqlal  ideologiyamızın  üç  təməl   prinsipini  təşkil   edən  “Türkçülük, islamçılıq  və  müasirlik”   düsturunun   müəllifi  görkəmli   Azərbaycan  mütəfəkkiri  Əli  Bəy  Hüseynzadə  olduğunu  vurğuladı. Sonra o, tədbirin   mahiyyətindən  danışaraq  qeyd  etdi  ki, belə   tədbirlərin keçirilməsi   gələcək  nəsildə   Vətənə  məhəbbət  hissini  aşılamaqda   böyük  təkan  verir. 

10 N-li   məktəbin şagirdləri  bayrağımza,  vətənimizə həsr  olunmuş  şeirlər,  kompozisiyalar   əzbər  söylədilər.  

Foto Qalereya