Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
25 Oktyabr , 2019

MKS-nin  Uşaq şöbəsində  25.10.2019- cu il  tarixində “Uşaq hüquq-ları  aylığı”  çərçivəsində “Siz Öz  Hüquqlarınızı  Bilirsinizmi?”  mövzusunda   tədbir  keçirildi.

Tədbiri  giriş  sözü  ilə   Uşaq   şöbəsinin  kitabxanaçısı  İ.Səlimova  açdı. O, “Uşaq  Hüquqlarının  Müdafiəsi”   mövzusu   ətrafında  geniş  məlumat  verdi:  “Bu  tədbiri  keçirməkdə  əsas   məqsədimiz  sizi  hüquqlarınız    barədə    məlumatlandırmaqdır.  Yaddan  çıxarmama- lısınız  ki,  hər   biriniz  gələcəyin  qurucularından   birisiniz.  Sizin  vətənə   bağlılığınızdan  asılı   olaraq   həyat   mövqeyiniz  müəyyənləşəcəkdir.  Respublikamızın  ərazi  bütövlüyü  hər   birinizin  ayrı-ayrılıqda   mübarizliyinə   bağlıdır.  Ölkəmizin  ləyaqətli  vətəndaşı   olmaq   üçün  hər  bir    şagird  səylə  oxumalı  və  nümunəvi    olmalıdır.  Dövlətimiz  hər   bir  uşağın  pulsuz   icbari   ümumi  təhsil   almaq   hüququnu    təmin edir. Əziz   uşaqlar, siz öz  hüquqlarınızı    nə   qədər   yaxşı  bilsəniz   qarşınıza   çıxan çətinlikləri  bir  o  qədər  rahatlıqla   aradan   qaldıra  bilərsiniz.

 Uşaq hüquqlarının   müdafiəsi  ilə  bağlı   məsələlər  hər   zaman  hörmətli   prezidentimiz  İ.Əliyev    cənabları  və   onun xanımı   M. Əliyevanın   diqqət  mərkəzində   olmuşdur. Dövlətimiz  normal  uşaqlar  kimi  əlil   uşaqların  da   hüquqlarını    müdafiə  edir,  onlara   qayğı  ilə  yanaşır. Biz   inanırıq ki, dövlətimizin  bu  qayğıları   gələcəkdə   uşaqlarla   bağlı  olan  problemlərin   azalmasına   səbəb   olacaq”.

Tədbirdə   uşaqlara   hüquqları   haqqında   məsləhətlər   verildi  və  uşaqları  daha   yaxşı  başa   salmaq   üçün  mövzu ilə  əlaqədar  olan  slaydlar  təqdim  olundu.

Foto Qalereya