Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
12 Dekabr , 2019

12 dekabr 2019- cu il tarixdə  Şəki Mərkəzi kitabxanada Ümummilli lider H. Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri Oxu zalının müdiri Y.Sadıqlı açdı. O, iştirakçıları salamlayaraq  bir dəqiqəlik sükut elan etdi.

 Sonra geniş və əhatəli mühazirə ilə MKS-nin direktoru S.Vahabov H.Əliyevin keçdiyi ömür yolundan danışdı.

Çıxışında S.Vahabov qeyd etdi ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.

Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.Ulu öndər həyatını Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr etmişdir. Ölkəmizdəki sabitliyin, sürətli iqtisadi inkişafın, həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, demokratiya sahəsində əldə olunan nailiyyətlərin hər biri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqının xoşbəxtliyi, səadəti, onun dövlətçiliyi, Vətənin müstəqilliyi üçün çalışmış dahi siyasətçi bu gün öz xalqının qəlbində yaşayır. Bu böyük xalq haqlı olaraq öz dahi oğlu ilə fəxr edir, öyünür, qürur duyur. Bəli, öyünməyə haqlıyıq, çünki ümummilli lider Heydər Əliyev bugünkü müstəqilliyimizi odun-alovun içindən öz həyatı bahasına çıxarıb xalqımıza bəxş etmişdir. 28 yaşı olan müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

 Ulu öndər müstəqil Azərbaycanın əbədi, sarsılmaz və dönməz olması üçün əsaslı, etibarlı, möhkəm təməl üzərində demokratik prinsiplərə əsaslanan dövlətçilik əsasları yaratmışdır. Bu gün Heydər Əliyevin yolunu onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı, bütün dünya dövlətləri bu gün Azərbaycanın Heydər Əliyev yolu ilə addımladığını, ölkəmizin inkişafını görür. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda ümummilli liderin dəst-xətti görünür, nəfəsi duyulur. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin işi və əməllərinin layiqincə yaşadılmasının şahidi oluruq. Ölkə Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin ideyalarına sadiq qalaraq ölkəmizi inamla irəliyə aparır. Ordumuz güclənir, iqtisadiyyat yüksəlir, xalqımızın həyat səviyyəsi günbəgün yaxşılaşır. İndi Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi kimi inkişaf edir, yaşayır, möhkəmlənir. Ona görə də xalqımız ölkə Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyir və müdafiə edir....

Sonra digər iştirakçılar çıxışa qatıldılar və sonda “Tarix yalnız şəxsiyyətləri yaşadır” adlı sərgiyə baxış oldu.

Foto Qalereya