Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
18 Yanvar , 2020

18 Yanvar  2020 –ci  il  tarixdə  MKS- nin  Uşaq  şöbəsi 20 №li məktəblə  birlikdə   Ümumxalq  Hüzn Günü  ilə əlaqədar “Azadlıq  uğrunda  canlarını qurban vermişlər” adlı ədəbi-bədii kompozisiya   keçirdi.

 Tədbir Dövlət Himni ilə başladı.

20  Yanvar  şəhidləri bir  dəqiqəlik  sükutla   yad  edildi.

Sonra   uşaqlar  20  Yanvar   şəhidlərinə   həsr  edilmiş   şeirlər   söylədilər. Uşaq  şöbəsinin  müdiri  M.Rəsulova  tədbirin  sonunda   bu mövzuda çıxış  etdi:

“ Belə tədbirlərin  keçirilməsi  hər bir  məktəblidə  milli mənlik  şüurunun  formalaşmasına  təsir  edir,  məktəbli  öz  xalqının  varlığını dərk  edir,  torpaq, vətən,  xalq, millət  kimi  böyük   arzular  və  müqəddəs  amallar  dünyasına  daxil   olur. Məktəbli dərindən-dərinə  dərk edir ki,  əzəmətli  ağaclar  öz  kökləri  üzərində   dayandığı  kimi  hər  bir  şəxs   də  öz  xalqı, öz  milləti  içərisində təşşəkkül  tapır, milli   ləyaqət hissində tərbiyə edilir. Belə tədbirlər sayəsində   məktəbli oxucular  doğma   torpağı  vətəndaş  gözü ilə  görür,  keçmişi  sorğu- sual  edir, müasir dövrün  mürəkkəb hadisələrini başa düşür,  gələcəyə  düzgün   istiqamət  götürməyi  öyrənirlər.

Foto Qalereya