Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
13 Fevral , 2020

13 fevral 2020-ci il tarixdə Şəkinin görkəmli ziyalısı, Türk dünyasının Bəxtiyarı, Xalq şairi Bəxtiyar Vahabzadənin anım günü qeyd olundu. Şəki Regional Mədəniyyət idarəsinin, B.Vahabzadə adına ev muzeyinin və  Şəki şəhər İ.Nakam adına mərkəzi kitabxananın təşkilatçılığı və iştirakı ilə əvvəlcə şairin büstü önünə tər çiçəklər düzülərək xatirəsi ehtiramla yad edildi. “Təzədən yaratsın yaradan bizi” adlı anım tədbiri mərkəzi kitabxananın oxu zalında davam etdirildi.

Tədbiri Şəki Regional Mədəniyyət İdarəsinin rəisi M.Zeynalova açdı.  O, çıxışında qeyd etdi ki, Azərbaycan poeziyasının, dramaturgiyasının, elminin görkəmli nümayəndələrindən biri də Xalq şairi Bəxtiyar Vahabzadədir. Ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin qurulmasına, inkişafına, tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatımızda, ictimai fikrimizdə, elmimizdə elə bir zirvə fəth edib ki, o yer əlçatmazdır. B.Vahabzadənin adı gələndə yada böyük vətənpərvər şair, Azərbaycan dilinin mübariz mühafizəçisi gəlir. Tədqiqatçılar haqlı olaraq yazır ki, Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində B.Vahabzadənin müstəsna xidmətləri var. Dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olub.

Mirvari xanım onu da qeyd etdi ki, doğulduğu və göz açdığı evinin muzey kimi fəaliyyəti və bu muzeyə məhz Elşən Zəkəryəbəylinin direktorluq etməyi qənaətbəxşdir.

Sonra çıxış üçün B.Vahabzadənin adını daşıyan muzeyin direktoru Elşən Zəkəryəbəyliyə söz verildi. Elşən müəllim tədbir iştirakçılaını salamlayaraq  qeyd etdi ki, bu gün B.Vahabzadənin ölümündən 11 il keçir, lakin 111 il keçsə belə B.Vahabzadə heç zaman unudulmayacaq bir insandı. 

Tədbirdə həmçinin 3 nömrəli uşaq musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova,  MKS-nin direktoru Seyid Vahabov, 2 nömrəli uşaq  musiqi məktəbinin direktoru Tərlan Məmmədov, M.F.Axundzadə adına Mədəniyyət mərkəzinin direktoru Aqaəli Cəlilov  və başqaları çıxış edərək şair haqqında öz fikirlərini bildirdilər.

Foto Qalereya