Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
19 Fevral , 2020

Azərbaycan teatr xadimi, Azərbaycanın və SSR-nin xalq artisti Leyla Ağalar qızı Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 

Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurmuşdur. 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlmişdir. Hazırda Cavanşir Cavanşirov öz həyat yoldaşı Elmira Cavanşirova ilə birgə Fəvvarəler meydanında yerləşən, Leyla xanımın uşaqlıqda yaşadığı evdə yaşayır.

Аmmа Leyla ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və bir neçə ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı - Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları - Bikə doğulur. Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etmişdir. Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır.

Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa" tamaşası olub.

1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.

29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

1946-cı ildə Azərbaycan SSR-nin, 1959-cu ildə SSR-inin Xalq artisti adlarına layiq görülüb, 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı və 1999-cu ildə "İstiqlal" ordeni ilə mükafatlandıılıb.

Leyla Bədirbəyli Azərbaycan Dövlət Akademik Dram Teatrınada səhnələşdirilmiş Uilyam Şekspirin  “Otello” tamaşasında Dezdemona, İ.Səfərlinin  “Göz həkimi” tamaşasında Nərminə, Cəfər Cabbarlının “Od gəlini” tamaşasında Solmaz, Lev Tolstoyun "Canlı meyit” tamnaşasında Liza, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı” tamaşasında Fəxrəndə rolları ilə yanaşı  “Arşın mal alan!”, “Asif, Vasif, Ağasif”,Aygün”,Beş dəqiqəlik konsert”, “Bizim küçə”, “Bizim küçənin oğlanları”, “Böyük ömrün anları”, “Çarvadarların izi ilə”, “Dəcəl dəstə”, “Dəli Kür”, “Dərviş Parisi partladır”Fətəli xan”, Gəmi saatının sirri”,Görüş”,İntizar, Kişi sözü”,Kölgələr sürünür”, “Koroğlu”, “Qanlı zəmi”,Qəzəlxan”,Mən ki gözəl deyildim”, “Mən mahnı qoşuram”,O olmasın, bu olsun”, Onun böyük ürəyi”, “Sevil”, “Səbuhi və bir çoxd filmlərdə yaddaqalan obrazlar yaratmışdır. 

Foto Qalereya