Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
21 Fevral , 2020

Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasında ADPU-nun Şəki filialının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun XX əsrin II yarısında və XXI əsrin ilk onilliklərində Şəkidə yazıb-yaratmış el şairi Yaqub Mahirin həyat və yaradıcılıq yolunu əks etdirən “Yaqub Mahirin poetik irsi” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə  ADPU-nun Şəki filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının I-III kurs tələbələri, Şəki şəhər 11 nöpmrəli tam orta məktəbin müəllimləri, şair və ziyalılar iştirak edib.

Təqdimat mərasimini açıq elan edən İ.S.Nakam adına mərkəzi kitabxananın Xidmət şöbəsinin aparıcı işçisi Dilbər Yaqubova tədqiqatçı Kamil Adışirinovun elmi bioqrafiyası haqqında tədbir iştirakçılarına qısa məlumat verdikdən sonra monoqrafiyanın struktur və məzmun xüsusiyyətləri haqqında məlumat vermək üçün sözü Kamil Adışirinova verdi. Tədqiqatçı Kamil Adışirinov Yaqub Mahirin dövrü və mühiti, həyatı, poetik irsi-satiraları, məhəbbət, təbiət, əxlaqi-didaktik görüşləriinin əksi olan lirikası, yaradıcılığında xalq ədəbiyyatından istifadə imkanları və bədii sənətkarlığı haqqında tədbir iştirakçılarına geniş məlumatı çatdırdı. Tədbirdə iştirak edən ADPU-nun Şəki filialının professoru Firədun İbrahimov, istedadlı şair Bəhram Oxudlu, fərdi təqaüdçü Səlahəddin Alxasov, Şəki Regional Kollecin tarix müəllimi, şair Qurbanəli Camalov, Şəki Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Eldar Hacınəsrullayev, şair Musa Həşimov, Oxud kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Cabbarov, şair Elşad Bayramoğlu, şair Rasim Yanar çıxış edərək Yaqub Mahirin yaradıcılığının özəlliklərindən söhbət açaraq əsərin elmi dəyərini yüksək qiymətləndirmişlər. ADPU-nun Şəki filialının tələbələrinin ifasında Yaqub Mahirin şeirləri səsləndirilmişdir. Tədbiri yekunlaşdıran Şəki MKS-nin direktoru Seyid Vahabov milli ədəbi irsin tədqiqi və təbliği baxımdan kitabı yüksək dəyərləndirmiş, tədqiqatçı Kamil Adışirinovun ağır əməyini yüksək dəyərləndirmişdir. Tədbirin sonunda tədqiqatçı Kamil Adışirinov MKS-nin rəhbərliyinə yaradılmış işgüzar şəraitə görə minnətdarlığını bildirmiş, Şəki ədəbi mühitinin tədqiqi ilə bağlı yaradıcılıq perspektivlərindən danışmışdır. 

Foto Qalereya