Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
26 Fevral , 2020

26 fevral 2020-ci il tarixdə  MKS-nin uşaq  şöbəsində “Ey dünya, qalx ayağa, bu  gecə qan tökülüb” adlı ədəbi - bədii kompozisiya təşkil edilmişdi. Tədbirin əvvəlində  Xocalıda həlak  olan insanların  xatirəsi   bir dədiqəlik  sükutla  yad   edildi.

Sonra   uşaq  şöbəsinin   müdiri  Mirvari Rəsulova o dəhşətli  decə  haqqında   geniş   məlumat   verərək vurğuladı ki,:  “Tarixin   hələ  indiyədək   şahidi  olmadığı  bu  müsibəti  ancaq   insanlığını,  mərhəmət  hissini   itirən  vəhşi ermənilər törədə bilərdilər. Ermənilərin  Xocalıda   törətdikləri  vəhşilikləri  heçnə ilə  müqayisə etmək   mümkün  deyil. Onlar öz  bədnam   hərəkətləri  ilə  tarixdən  tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını  belə kölgədə  qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə  özlərini  “məzlum, yazıq, türklərin  təqiblərinə  məruz  qalan  bir  xalq” kimi  təqdim  edən ermənilərin  xislətini, iç  üzünü açıb bütün dünyaya göstərdi. Bəli,  Xocalı  faciəsi  bizim hər birimizin  qan  yaddaşına  yazılmalıdır!  Həm  də   təkcə  Xocalı  faciəsi  yox. Ermənilər, xalqımıza qarşı  bəd  əməllərini   tarix  boyu  təkrarlamışlar. Biz tariximizin  bu  qara səhifələrini heç vaxt yaddan çıxarmamalıyıq. Bilməliyik ki, gözəl vətənimizə göz dikən əbədi düşmənimiz var və biz  torpağımıza  sahib  olmaq  istəyən düşmənimizi  əzməyə  hazır  olmalıyıq. Biz  Xocalını,  digər itkilərimizi  başımız üzərinə qaldırıb elliklə düşmənin üstünə getməliyik. Bu bizim zəfər yürüşümüz  olmalıdır.

Sonra  kitabxananın fəal oxucularının hazırladığı ədəbi-bədii kompozisiya   nümayiş etdirildi.   

Foto Qalereya