Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
29 Fevral , 2020

Şəki şəhər mərkəzi kitabxanasının təşkilatçılığı ilə Əfsanə Rəvanın “Amma bağışladım” kitabının təqdimatı keçirildi.

 

MKS-nin Xidmət və abonement şöbəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində daha bir həmyerli şairimiz - Əfsanə Əflatun qızı Abdullayevanın (Əfsanə Rəvan) “Amma bağışladım” kitabının təqdimatı keçirildi. Təqdimatda şəhər ictimaiyyəti, şairlər, şairin ailəsi, dostları, kitabxana və klub işçiləri, kitabxananın oxucuları iştirak edirdi.

Şairi təbrik etmək və tədbir iştirakçılarını salamlamaq üçün ev sahibi qismində şair, pedaqoq, araşdırmaçı, publisist Ramiz Orsər səhnəyə dəvət edildi. Kitabın ön sözünün müəllifi şair Ramiz Qusarçaylı, şair Musa Həşimov, şair Xaqani Həbiboğlu, şair Zaur Ustac, şair Yadigar Təvəkkül, şair Ümid Abbas Nihani, şair Vasif Süleyman, şair, İlqar Türkoğlu, şair Aysel Səfərli, şair Adilə Nəzər, şair Süleyman Abdulla, şair İlham Əzizov, yazıçı Yusif Rza, şair Vüsal Oğuz, şair, Oğuz rayon AYB sədri Zaur İlhamoğlu, şair Elşad Bayramoğlu, şair Gülşad Nurani, şair Nərgiz Şahmirova, yazar Rasim Yanar  və digər qonaqlar çıxış etdi.

Tədbirdə Dilbər Yaqubovanın, Arzu Əzizovanın, Tərlan İsgəndərovun, Şəfəq Xəlilovanın, Nərmin Davudovanın, Nuranə Mirzəbəylinin ifasındaşairin “Darıxmaq dərd deyil ki”, “Adını ürəyimdən ilmə-ilmə sökərəm”, “Adı sən”, “Kipriyindən asarsan”, “Tanrı”, “Darıxmışam o balaca qız üçün”, “Kiriyir xatirələr” və s. şeirləri səsləndi. “Küçə-küçə darıxan qadın” şeirinə bəstələnmiş mahnı  şair üçün əsil töhfəsi oldu.

Murad İsmayılovun, Sərxan Abdullayevin və Fərid Alcanlının  ifasında səsləndirilən musiqi nömrələri və Uşaq Yaradıcılıq birliyinin rəqs müəlliməsi Aysel Sadıqlının tərtibatında hazırlanmış rəqslər  tədbirə xüsusi maraq qatdı.

 

 

 

Foto Qalereya