Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
20 Avqust , 2020

20 avqust 2020- ci il tarixdə Şəki MKS- nin təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “Əhmədiyyə Cəbrayılov - 100” mövzusunda videokonfrans keçirilmişdir. Həmin konfransda Şəki MKS-nin əməkdaşları ilə yanaşı Gəncə şəhər mərkəzi kitabxananın əməkdaşlarından  Gülnaz İsgəndərova,  Xatirə Verdiyeva, Firuzə Yunusova,  Aidə Abdullayeva,  Risalə Ağayeva, Günay Əmiraslanova, Qax mərkəzi kitabxanadan Əsli İbrahimova, Ucar mərkəzi kitabxananın əməkdaşlarından Bəsirə Abbasova, Aynur Əliyeva,  Zəminə Həbibovna, Rəhilə Xəlilova da iştirak edirdilər. Konfransı giriş sözü ilə Şəki MKS-nin direktoru Seyid Vahabov açdı. O, Əhmədiyyə Cəbrayılovun İkinci Dünya Müharibəsində keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından, Fransa partizanları ilə birlikdə Fransanın almanlardan azad olunması uğrundakı şücaətlərindən geniş məlumat vermişdir:  “Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılov İkinci Dünya Müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la təltif olunmuşdur. Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. OrconikidzediyarınınNevinnomısskşəhərindəkiaviasiyaməktəbindəhazırlıqkeçir. BirneçəaydavamedənkurslardansonrakiçikleytenantrütbəsialaraqMoskvayaxınlığındayerləşən 35-ci divizionun 350-ci bombardmançıeskadriliyasına, texnikixidmətsahəsinətəyinolunur.”

Sonda mövzu ətrafında müzakirələr aparıldı.
Foto Qalereya