Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
20 Avqust , 2020

20 avqust 2020-ci il tarixdə Şəki şəhər mərkəzi kitabxananın bir qrup işçisi Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun ev-muzeyini ziyarət etmişdir.

Əhmədiyyə Cəbtrayılovun oğlu Cavanşir Cəbrayılov  muzeydə sərgilənən hər bir eksponat və  İkinci Dünya Müharibəsindəki döyüş yolundan bəhs edən kitablar haqqında kitabxanaçılara geniş məlumat verdi. O, qeyd etdi ki, muzeydə 10 mindən yuxarı məktub, 126 ədəd Fransada gələn sənəd, 34 ədəd plakat, 234 ədəd ramka, 996 ədəd Ə.Cəbrayılov haqqında məqalə dərc olunmuş qəzet, 40 ədəd kitab, 42 ədəd jurnal, qəhrəmanın şəxsi əşyaları, 50-dən artıq orden və medalları sərgilənir. Xatirə kitabında ürək sözlərini yazan kitabxananın direktoru Seyid Vahabov  Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə Prezidentinin verdiyi sərəncama görə öz minnətdarlını bildirdi. Sonda kitabxananın əməkdaşları Cavanşir müəllimə ev-muzeyini təşkil etdiyinə öz minnətdarlırlarını bildirdilər.

Foto Qalereya